"Aysberq SS" MMC

“Aysberq SS” MMC 2020-ci ildə Məmmədov Emin Vidadi oğlu tərəfindən təsis edilmişdir. Şirkətimiz ən yüksək standartlara cavab verən, keyfiyyətli məhsulları müştərilərimizə təklif edir.
“Aysberq SS” MMC-nin geniş məhsul xəttində ölçü və nəzarət ölçü cihazlarının satışı, təmiri, İSO standartları üzrə konsaltinq xidmətləri, ölçü alətlərinin kalibrlənməsi və laboratoriya arası qarşılaşdırma testlərinin təşkil edilməsi ilə məşğuldur.

Artan müştəri tələblərini nəzərə alaraq  “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (AzAK)  AZS ISO/IEC 17025:2020 beynəlxalq standartı üzrə akkreditasiyaya müraciət edilib və 13.06.2025 ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (AzAK) AZS ISO/IEC 17025:2020 beynəlxalq standartı üzrə akkreditasiya almış, “AysberqSS” MMC kalibrlənmə laboratoriyası olaraq fəaliyyətə başlamışdır.  
Kataloqumuza daim yeni innovativ məhsullar əlavə edilir və müştərilərə xidmət göstərən komandamız tərəfindən faydalı məhsul dəstəyi təqdim edilir.

Müştərilərin "Aysberq SS" MMC-yə etibar etmə səbəbləri

Ən keyfiyyətli məhsullar

Daim münasib qiymətlər

Ən sürətli çatdırılma vaxtı

Faydalı məhsul dəstəyi